RU

“Məqsədimiz “Sabah”la keçirəcəyimiz ilk rəsmi oyunlara düzgün hazırlaşmaqdır”

“Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Hayfa “Makkabi”sinin baş məşqçisi Barak Bakar komandanın hazırlığını dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, israilli mütəxəssis futbolçularının çalışqanlılığından razılıq bildirib. O, “Sabah”la qarşılaşmaya qədər hazır olacaqlarını düşünür: “10 günə yaxındır məşqlərə başlamışıq. Düşərgədə çox çalışmaq üçün gözləyən gəncləri, köhnələri görmək xoşdur. Məqsədimiz “Sabah”la keçirəcəyimiz ilk rəsmi oyunlara düzgün hazırlaşmaqdır. Həmin matçlara qədər hələ vaxtımız var. Ona görə də çox çalışmaq lazımdır və hər bir oyunçu 100 faiz gücünü ortaya qoymalıdır. İnanıram ki, həmin vaxt hazır olacağıq”.

Qeyd edək ki, “Sabah” “Makkabi” ilə ilk oyununu iyulun 25-də səfərdə, cavab görüşünü isə avqustun 1-də evdə keçirəcək.

Избранный
135
1
futbolinfo.az

2Источники