RU

Yaponiyanın Baş naziri NATO-nun sammitində iştirak edəcək

Yaponiyanın

Bakı, 3 iyul, AZƏRTAC

Yaponiyanın Baş naziri Fumio Kişida iyulun 10-14-də Almaniya və ABŞ-a səfər edəcək, NATO-nun Vaşinqtonda keçiriləcək sammitinə qatılacaq.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə Fumio Kişidanın özü hakim Liberal Demokrat Partiyasının rəhbərliyi ilə görüşdə bildirib.

Agentliyin məlumatına görə, Almaniyaya səfəri çərçivəsində Kişida AFR kansleri Olaf Şolts ilə ikitərəfli əməkdaşlıq, o cümlədən iqtisadi təhlükəsizlik və müdafiə sahəsində müzakirələr aparmağı planlaşdırır.

Son illər Yaponiya NATO ilə əməkdaşlığı fəal şəkildə genişləndirir. Fumio Kişida artıq iki dəfə alyansın sammitlərində iştirak edib. NATO-nun Brüsseldəki qərargahında Yaponiyanın daimi nümayəndəliyi fəaliyyət göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
azertag.az

1Источники