Bakı. Trend:
“Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası”nadəyişiklik edilib.
Trend-in məlumatına görə, Baş nazir Əli Əsədovun imzaladığıqərara əsasən, “Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsivə ixtisas dərəcəsinin verilməsi qaydaları”nın 1.5-ci bəndinə“Səhiyyə Nazirliyinin” sözlərindən sonra “, Azərbaycan RespublikasıMüdafiə Nazirliyinin” sözləri əlavə edilib.
Dəyişiklikdən sonra Müdafiə Nazirliyi də tabeliyində olanməhkəmə ekspertizası idarələrinin ekspertlərinin attestasiyası vəonlara ixtisas dərəcəsinin verilməsi üçün yaradılan ekspert-ixtisaskomissiyalarında təmsil olunacaq.