RU

Avtobus dayanacaqlarındakı lövhələrdə qeyd olunan nömrələr sərnişinlərdə çaşqınlıq yaradır - VİDEO

Avtobus dayanacaqlarındakı lövhələrdə qeyd olunan nömrələr sərnişinlərdə çaşqınlıq yaradır - VİDEO

Avtobus dayanacaqlarındakı xüsusi məlumat lövhələrində nömrələri qeyd olunan bəzi avtobuslar həmin ərazilər üzrə fəaliyyət göstərmir. Avtobusların nömrələrinin qeyd olunmaması sərnişinlərdə çaşqınlıq yaradır. İyulun 1-dən Bakı ətrafı qəsəbələr üzrə marşrut xətlərinə yeni avtobuslar istifadəyə verilib. Lakin məlumat lövhələrində əvvəlki nömrələr olduğu kimi qalır. Sakinlər yaranmış vəziyyətdən çətinlik çəkdiklərini deyirlər.

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı "Xəzər Xəbər" araşdırma aparıb:

"132 burada işləmir. Sadəcə olaraq burada nömrəsi yazılıb. 175 -də nömrəsi dəyişilib və 120 olub. Yarım saatdır gözləmişəm. Mənim məlumatım olmaya bilər. Amma insanlarda çaşqınlıq yaranıb. Lövhələr düzgün təmir olunsa daha yaxşı olardı".

Eyni hal Mərdəkan və Şüvəlan qəsəbələrində istifadəyə verilən 140 və 140E nömrəli avtobuslardan istifadə edən sərnişinlər üçün problem yaradır.

Ətraflı "Xəzər Xəbər"in süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
19
sonxeber.az

1Источники