RU

“Sabah”ın rəqibi iki futbolçusu ilə vidalaşdı

“Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Hayfa “Makkabi”si bir futbolçusu ilə vidalaşıb.

Futbolinfo.az xəbər verir ki, gənc yarımmüdafiəçi Yarin Levi karyerasını İsrailin başqa klubunda davam etdirəcək. Belə ki, Yerusalim təmsilçisi “Beytar” 18 yaşlı orta sahə oyunçusunu heyətinə qatdığını rəsmən açıqlayıb.

Anlaşmaya əsasən, Levi qarşıdakı mövsümü icarə əsasında “Beytar”da keçirəcək. Yerusalim klubu növbəti ilin yayında onu birdəfəlik transfer etmək hüququna malikdir.

“Makkabi”nin digər gənc oyunçusu Liam Hermeş də komandanı tərk edəcək. 20 yaşlı dayaq yarımmüdafiəçisi heyətə düşə bilmədiyi üçün yeni müqavilə imzalamayacağını və özünə yeni komanda axtardığını açıqlayıb.

Qeyd edək ki, “Sabah” “Makkabi” ilə ilk oyununu iyulun 25-də səfərdə, cavab görüşünü isə avqustun 1-də evdə keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
1
futbolinfo.az

2Источники