RU

Masallıda 5 yaşlı uşaq ağır xəsarətlər aldı

Masallı rayonunda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, avtomobil yolu keçən 2019-cu il təvəllüdlü Fatimə Şəhriyar qızı Kərimovanı vurub.

Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına, daha sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş beyinin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

(Report)

Избранный
74
5
avtosfer.az

5Источники