RU

Domeniko Tedesko Belçika yığmasında qalmaq istəyir

Futbol üzrə Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko komandasının Avropa çempionatındakı çıxışına qiymət verib.

Arena.az xəbər verir ki, o, Belçika millisinin AÇ-2024-ün 1/8 final mərhələsində mübarizəni dayandırmasından sonra öz ünvanına səslənən tənqidlərdən də danışıb.

“Müqavilə imzalayanda artıq tənqid üçün mükəlləfsən. Biz uduzarkən, bir çox insan müvafiq bir duyğu püskürməsi yaşayır. Sadəcə cavab verə bilərəm ki, komandama böyük inamım var. Bu nəticə bizim necə oynadığımızla müqayisəedilməzdir. Təəssüf ki, Avropa çempionatında oyunlarımızdakı bütün imkanların yalnız ikisini gerçəkləşdirə bildik.

Bəzi məqamlarda daha çoxuna nail ola bilərdik, bəzilərində isə hər şey olduqca yaxşı idi. Şəxsən mən bundan sonra davam etmək istəyirəm, amma indi bu barədə məndən soruşmağın vaxtı deyil. Bu, məndən yox, Belçika yığmasının özündən asılıdır”, deyə italyan-alman mütəxəssis vurğulayıb.

Xatırladaq ki, Belçika yığması AÇ-2024-ün 1/8 final mərhələsində Fransa yığmasına məğlub olaraq (0:1), Avropa çempionatı ilə vidalaşıb.

Qeyd edək ki, Domeniko Tedesko bu ilin mart ayında Belçika Futbol Assosiasiyası ilə müqaviləsinin müddətini daha 2 il müddətinə artırmışdı. Onun əvvəlki müqaviləsi AÇ-2024-ün sonuna qədər idi. Amma yeni müqaviləyə əsasən 38 yaşlı mütəxəssis 2026-cı ilin iyul ayına kimi bu komandada qalacaq.

Tedesko Belçika yığmasının baş məşqçi postunda 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatından sonra istefaya göndərilən Roberto Martinesi əvəzləyib. O, 2023-cü ilin fevral ayından çalışdırdığı Belçika millisinin “sükanı arxasında” 18 oyun keçirib. Komanda onun rəhbrliyi altında 11 qələbə qazanıb, 5 heç-heçə edib və 2 məğlubiyyətə üzülüb.

Tedesko daha öncə Rusiyada Moskva “Spartak”ını (Rusiya), Almaniyada “Leypsiq”, “Şalke” və “Ersgebirge”ni də çalışdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
arena.az

1Источники