RU

Amerika Kubokunda qrup mərhələsi bitdi, Braziliya Uruqvaya rəqib oldu

Amerika Kubokunda qrup mərhələsinə yekun vurulub. D qrupunda dünən baş tutan görüşlərdən sonra sonuncu 1/4 finalçılar müəyyənləşib.

Günən əsas oyununda Brazilya Kolumbiyanı məğlub edə bilməyib. Bu səbəbdən liderliyi rəqibə bağışlayan “sambaçılar” qrup ikincisi olub. Son qələbə ilə xalını 4-ə çatdıran Kosta Rikanın yeganə uğuru isə xalsız Paraqvayı üstələməkdir.

Braziliya – Kolumbiya 1:1

Qollar: Rafinya, 12 – D.Munyos, 45+2.

Kosta Rika – Paraqvay 2:1

Qollar: F.Kalvo, 3. J.Alkoser, 7 – R.Sosa, 55.

Xal durumu: Kolumbiya – 7, Brazilya – 5, Kosta Rika – 4, Paraqvay – 0.

Beləliklə, Amerika Kubokunda bütün 1/4 final cütlükləri müəyyənləşib.

Argentina – Ekvador

Venesuela – Kanada

Uruqvay – Braziliya

Kolumbiya – Panama

Turnirin yarımfinalında 1/4 finalın birinci və ikinci cütlüyünün qalibləri, həmçinin üçüncü və dördüncü cütlüklərin qalibləri üz-üzə gələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
1
futbolinfo.az

4Источники