RU

Yaponiyanın Baş naziri Almaniya və ABŞ-yə səfər edəcək

Yaponiyanın Baş naziri Fumio Kisida iyulun 10-14-də Almaniya və ABŞ-a səfər edəcək və Vaşinqtonda keçiriləcək NATO sammitində iştirak edəcək.

APA xəbər verir ki, bu barədə Kisida özü hökumət və hakim Liberal Demokrat Partiyasının rəhbərliyi ilə görüşdə bildirib.

“Kyodo” agentliyinin məlumatına görə, Almaniyada Kisida bu ölkənin kansleri Olaf Şolts ilə ikitərəfli əməkdaşlığı, o cümlədən iqtisadi təhlükəsizlik və müdafiə sahəsində müzakirələr aparmağı planlaşdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
1
apa.az

2Источники