RU

İsti havanın körpələrin inkişafına təsiri öyrənildi

İspaniya alimləri temperaturun uşaq beyninin inkişafına təsirini araşdırıblar.

Teleqraf.com xəbər verir ki, aparılan tədqiqat "Nature Climate Change" elmi jurnalında dərc olunub.

Komanda 9896 hamilə qadın və 9-12 yaş arası 2681 uşağın məlumatlarını araşdırıb. Nəticədə müyyən olunub ki, erkən yaşlarında soyuq-isti havaya məruz qalma beyində sinir və düşüncəyə təsir edən ağ maddəninmikro strukturunda dəyişiklik əmələ gətirir.

Xüsusilə, hamiləliyin üçüncü ayından və uşağın 2 yaşına qədər olan dövrdə isti-soyuğa məruz qalmaq bir sıra fəsadlar yaradır.

Alimlər vurğulayıblar ki, sosial-iqtisadi vəziyyəti aşağı olan rayonlar uşaq sakinləri ekstremal temperaturun təsirinə daha çox həssasdırlar.

Əvvəlki tədqiqatlar temperaturun dəyişməsinin müxtəlif sağlamlıq problemlərinə, o cümlədən uşaqlarda artan narahatlıq, depressiya və aqressiv davranışlara təsirini müəyyənləşdirib. Lakin temperaturun beyinə təsiri hələ də araşdırılmamışdı.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
teleqraf.com

1Источники