RU

Bax belə, 2 il davam edən nağıl bitdi...

Almaniyada təşkil olunan Avropa çempionatında Rumıniya və Niderland yığmaları arasında 1/8 final görüşü başa çatıb.

Sportinfo.az xəbər verir ki, Münhendəki "Alyans Arena"da keçirilən matç "narıncılar"ın böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0.

Hesabı 20-ci dəqiqədə Qodi Qakpo açıb. 83 və 90+3-cü dəqiqələrdə fərqlənməklə dubl edən Doniell Malen yekun nəticəni müəyyənləşdirib.

1/4 finala yüksələn Niderland yığmasının rəqibi Avstriya - Türkiyə matçının qalibi olacaq.

“Rumıniya millisinə hücum imkanı vermədik” - bunu Niderland millisinin baş məşqçisi Ronald Kuman deyib. Mütəxəssis 1/4 finala yüksəldikləri üçün sevincli olduqlarını söyləyib:

"Bəzən oyuna yaxşı start vermirsən, amma istədiyin nəticəni əldə edirsən. Bunun izahını vermək çətindir.

Qarşılaşmaya istədiyimiz kimi başlamadıq. Lakin gedişat xeyrimizə oldu. İkinci qolu gec vurduq. Rumıniya millisinə hücum imkanı vermədik".

“İki il əvvəl Avropa çempionatının seçmə mərhələsinin oyunları ilə başlayan hekayə bu gün başa çatdı” - bunu Rumıniya millisinin baş məşqçisi Edvard Yordanesku deyib.

O, məğlubiyyətə görə üzgün olduqlarını bidirib:

"Matç bizim üçün heç də yaxşı keçmədi. Məğlub olduğumuza görə üzülürük.

2 il əvvəl Avropa çempionatının seçmə mərhələsinin oyunları ilə başlayan hekayə bu gün başa çatdı.

Dünyanın hər bir tərəfindən gələn Rumıniya azarkeşlərinə öz təşəkkürümü bildirirəm. Rumıniya xalqı futbolçuları ilə fəxr etməlidir".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
sportinfo.az

1Источники