RU

Birləşmiş Ərəb Əmirliklərinin səfiri ADU-nun qonağı oldu

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd əl-Bluşi Azərbaycan Dillər Universitetinin qonağı olub.
BUTA.TV xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri səmimiyyətlə salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli əlaqələrin əhəmiyyətini vurğulayan rektor bu münasibətlərin daha da inkişaf edəcəyinə inamını ifadə edib. Yaxın günlərdə ADU-da açılışı olacaq Şeyx Zayed adına Ərəb dili auditoriyası isə ölkələrimiz arasındakı əlaqələrin inkişafına güclü təkan verəcək. Səmimi qarşılanmaya və xoş sözlərə görə minnətdarlığını ifadə edən Məhəmməd əl-Bluşi bildirib ki, hazırda ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni əlaqələr yüksələn xətt üzrə inkişaf etməkdədir. Yaxın günlərdə ADU-da açılacaq Şeyx Zayed adına Ərəb dili auditoriyası isə Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyətini, tarixini, elmini daha dərindən öyrənmək üçün əlverişli imkanlar yaradacaq.

Gələcək elmi əməkdaşlıq, müəllim və tələbə mübadiləsi müzakirələri ilə davam edən görüşdə Şeyx Zayed adına Ərəb dili auditoriyasının açılışının detalları ətraflı şəkildə müzakirə olunub. Mərkəzin iyul ayının 4-də açılması qərara alınıb. Açılış mərasimində universitet rəhbərliyinin, 12 ərəb dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirlərinin, aparıcı KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Избранный
43
4
buta.tv

5Источники