Litva Rusiya səfirliyinin nümayəndəsinə hava məkanının pozulması ilə bağlı etiraz notası təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi məlumat yayıb.
"İyunun 30-da Rusiyanın "Pobeda" aviaşirkətinə məxsus Moskvadan Kalininqrada uçan təyyarə Baltik dənizi üzərindən Litvanın hava məkanına qanunsuz daxil olub və təxminən bir dəqiqə orada qalıb", - deyə məlumatda qeyd edilib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта