Almaniyada təşkil olunan Avropa çempionatında bu gün 1/8 final oyunlarına yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, D qrupunu ilk sırada başa vuran Avstriya və F qrupunda ikinci pilləni tutan Türkiyə yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.
Oyun Leyptsiq şəhərindəki "Red Bull Arena"da reallaşacaq.
23:00. Avstriya - Türkiyə
Baş hakim: Artur Diaş (Portuqaliya).
Leyptsiq, "Red Bull Arena".