RU

300 tələbə Naxçıvandan Bakıya dönə bilmir: Aeroportda və parklarda gecələyirlər

Türkiyədə təhsil alan azərbaycanlı tələbələr Bakıya dönə bilmirlər. Buna səbəb Naxçıvandan paytaxta uçan təyyarələrə bilet tapılmamasıdır.

NOCOMMENT.az Yenisabah.az-a istinadən xəbər verir ki,hazırda 300-dən çox tələbə Bakıya gəlmək üçün Naxçıvan Hava Limanında gözləyir.

Tələbələrdən birinin verdiyi məlumata görə, Türkiyə sərhəddini 3 gün əvvəl keçsələr də, bilet ala bilmədikləri üçün Naxçıvan aeroportunda qalıblar. Maddi sıxıntısı olan bəzi tələbələrin aeroportda və parklarda gecələdiyi bildirilir.

Tələbələr bilet probleminin həll olunması üçün AZAL rəhbərliyindən Naxçıvan-Bakı istiqamətində əlavə uçuşların təşkil olunmasını xahiş ediblər.(Yenisabah.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
34
10
nocomment.az

10Источники