RU

Suraxanıda qəza - Xəsarət alan var (VİDEO)

Suraxanı rayonunda yol qəzası olub, avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib.   Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, E.Bəkirov küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “İSUZU” markalı avtobus ilə “Shacman” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və avtobusun sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1967-ci il təvəllüdlü Bayramov Fariz İbad oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Избранный
35
11
manset.az

10Источники