RU

"Ermənistanla Azərbaycan arasında sülh razılaşması əldə etmək üçün unikal imkan var" - Blinken

ABŞ-nin dövlət katibi Entoni Blinken Ermənistanla Azərbaycan arasında sülh sazişinin əldə olunması üçün unikal imkanın olduğu fikrini bildirib.

BiG.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti Blinkenin Vaşinqtondakı Brukinqs İnstitutundakı çıxışından verdiyi sözlərə istinadən məlumat yayıb.

ABŞ dövlət katibi çıxışında Vaşinqtonun bu işi Avropa İttifaqı ilə çox sıx əməkdaşlıq və koordinasiya şəraitində həyata keçirdiyini qeyd edib və İrəvan və Bakının də sülhə nail ola biləcəyi fikrini bildirib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
49
big.az

10Источники