RU

İLGİNC- Makron Avropa dövlətlərini şantaja başladı, “Mən seçkini uduzsam…”

Image

Ramiyyə Məmmədova: “Başqa ölkələrin Fransanın daxilindəki siyasi proseslərə müdaxilə edib nəticəni dəyişmək şansı sıfıra bərabərdir”

Qərb diplomatik dairələrinə yaxın  olan ekspertlərin apardıqları müzakirələrə görə, Makron iyulun 7-də keçiriləcək növbəti tur seçkilərində məğlubiyyətdən yaxa qurtarmaq üçün digər Avropa ölkələrini şantaj etməyə başlayıb. 

İfrat sağçıların güclü olduğu başqa dövlətlərə təzyiq edir ki, onlar öz daxillərindəki millətçilər vasitəsilə Fransada seçkinin favoriti olan eyni təmayüllü qüvvələrə  təsir etsinlər. Belə olmayacağı təqdirdə Makron həmin ölkələri Fransanın Avropa Birliyindən çıxacağı  ilə açıq şantaj edir.

Makronun bu gedişi fayda verəcəkmi?

Siyasi şərhçi Ramiyyə Məmmədova “Bakı-Xəbər”ə bildirdi ki, artıq belə fikirlər səslənir ki, erkən seçkilərin keçirilməsi ilə bağlı əldə olunan  nəticə  Fransanın Avropa İttifaqından çıxmasına səbəb ola bilər: “Çünki Makronun rəhbərlik etdiyi “İntibah” partiyasının seçkilərdə sağçı “Milli Birlik” üzərində qələbə qazanacağına ümidlər çox azdır. Bəli, Makron belə təəssürat yaradır ki, ilkin nəticələrdə və  sorğularda lider olan “Milli Birliyin” liderləri respublikanın Avropa İttifaqından çıxmasını istəyə bilərlər. O belə təqdimat edir ki, Le Pen və ya Bardella hələ də anti-Avropa baxışlarına sadiqdirlər. Böyük Britaniyanın Avropa Birliyini tərk etməsindən sonra bu nüfuzlu qurumun geopolitik potensialı ciddi şəkildə zəifləyib. Eyni zamanda, Avropa Birliyinin siyasi-iqtisadi idarəçilik sistemi də müəyyən dəyişikliyə uğrayıb. Ən əsası da, bu nüfuzlu qurumun ənənəvi sosial-siyasi dəyərlərində iflas əlamətləri artıq açıq-aşkar müşahidə olunur. Bunun əsas səbəblərindən biri ondan ibarətdir ki, Böyük Britaniyanın kənarlaşması Avropa Birliyini əsasən iki aparıcı Qərb ölkəsinin - Fransa və Almaniyanın hegemoniyası altına salıb. Üstəlik, Fransa hegemonluğu  Avropa Birliyi daxilində Almaniyanın siyasi təsir gücünü üstələyir. Və bu baxımdan, Fransa hazırda Avropa Birliyi üçün əsas siyasi-ideoloji iradə mərkəzi rolunu oynamağa iddialıdır.

Ancaq son proseslər onu göstərir ki, məhz Fransa hegemonluğu  Avropa Birliyi üçün sonun başlanğıcı xarakteri daşıyır. Çünki Fransa dünya müstəmləkəçilik sisteminin əsas daşıyıcı siyasi mərkəzi olduğundan, Avropa Birliyinin təməl prinsipləri və ideoloji dəyərləri ciddi şəkildə sarsıdılıb. Makronun şantaj kartındam istifadə etməsi nəyisə dəyişməyəcək. Çünki bu fikirləri seçkinin qalibi olan millətçilər açıq səsləndirir. Başqa ölkələrin isə Fransanın daxilindəki siyasi proseslərə müdaxilə edib nəticəni dəyişmək şansı sıfıra bərabərdir. Güman ki, Fransada baş nazir millətçilərdən olacaq. Makron isə 2027-ci ilə kimi prezident qalmağı hədəfləyir. Bu da dövlətin idarəçiliyində ciddi çətinliklər yaradacaq”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
baki-xeber.com

1Источники