RU

AZAL-dan tələbələrin Naxçıvanda qalması ilə bağlı iddiaya CAVAB

Sorğunuza cavab olaraq bildirmək istərdik ki, 300-dən çox tələbənin Naxçıvandan Bakıya dönə bilməməsi ilə bağlı redaksiyanıza daxil olan məlumat həqiqəti əks etdirmir.

Bu barədə Yenicag.az-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə yüksək tələbat müşahidə olunsa da, “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti sərnişinlərin Bakı ilə Naxçıvan arasında aviadaşımalara olan tələbatını tam ödəmək məqsədilə lazımi tədbirlər görür. Zərurət yarandığı hallarda aviaşirkət tərəfindən sözügedən istiqamətdə əlavə reyslər təyin olunur. Məlumat üçün bildirək ki, 30 iyun və 1 iyul tarixlərində Bakıdan Naxçıvana və əks istiqamətdə 15 reys yerinə yetirilib. Bü günə isə (2 iyul) 17 reysin həyata keçirilməsi planlaşdırılıb.

Bundan əlavə, aviaşirkət müəyyən şəraitə görə (sağlamlıq vəziyyəti, hüzr mərasimi) təcili olaraq Bakıdan Naxçıvana və Naxçıvandan Bakıya yola düşən sərnişinlərə qarşı həmişə çevik olmağa çalışır və onlara aviabiletlərin alınmasında operativ şəkildə kömək edir.

Qeyd edək ki, yay mövsümündə ənənəvi olaraq aviadaşımalara, xüsusən də Naxçıvan istiqamətində olan uçuşlara, tələbat artımı müşahidə olunur. Bu səbəbdən AZAL sərnişinlərə ən uyğun uçuş vaxtını seçmək və narahatlıqla qarşılaşmamaq üçün biletləri əvvəlcədən almağı tövsiyə edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
yenicag.az

1Источники