Bu gün Serbiyanın Novi Sad şəhərində güləş üzrə güləş üzrə U-20 Avropa çempionatı davam edir.
İdman.biz xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar.
Xalça üzərinə çıxan 7 güləşçidən yalnız biri medal qazanmaq çansını saxlayıb. İsmayıl Rzayev (82 kq) israilli Omer Barak (8:0), bolqarıstanlı Martin Şişekova (tuş) və xorvatiyalı Antonio Lukaça (9:0) qalib gələrək yarımfinala yüksəlib. İsmayıl yarımfinalda ermənistanlı Erik Matevosyanla qarşılaşıb. güləşçimiz 2:1 hesabı ilkə qalib gələrək finala yüksəlib.
Qeyd edək ki, final görüşü sabah keçiriləcək.
İdman.biz