RU

“Lester Siti”nin yarımmüdafiəçisi “Çelsi”də

“Lester Siti”nin mərkəz yarımmüdafiəçisi Kirman Dyusberi-Hall “Çelsi”yə keçib. Matc.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. Futbolçunun transferinin təfərrüatları açıqlanmayıb. Daha əvvəl mətbuatda Kirmanın “Çelsi” ilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalayacağı bildirilirdi. Bu keçid London klubuna təxminən 30 milyon funt-sterlinqə başa gələcək. Qeyd edək ki, 25 yaşlı Kirman 2021-ci ildən “Lester Siti”də çıxış edir. 2023/2024 mövsümündə yarımmüdafiəçi bütün yarışlarda 49 oyun keçirib, 12 qol vurub və 14 məhsuldar ötürmə edib. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 30 milyon avrodur.    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
matc.az

1Источники