RU

Astanada Prezident İlham Əliyevlə Vladimir Putin arasında görüş baş tutacaq

Bakı. Trend:

İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanadasammitinin rəsmi açılışından bir gün əvvəl Azərbaycan Prezidentiİlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında görüşolacaq.

Trend TASS-a istinadən xəbərverir ki, bu barədə bu gün Rusiya prezidentinin köməkçisi YuriUşakov jurnalistlərə deyib.

Qeyd edək ki, ŞƏT-in Zirvə toplantısı iyulun 4-də Qazaxıstanınsədrliyi ilə keçiriləcək.

Tədbir ilk dəfə olaraq “ŞƏT-ə üzv dövlətlərin rəhbərlərişurasının iclası” və “ŞƏT Plus” görüşü formatında keçiriləcək.

Dövlət başçıları ŞƏT-in çoxşaxəli əməkdaşlığını, onunperspektivlərini, eləcə də aktual beynəlxalq və regionalproblemlərin həllini daha da gücləndirəcək geniş spektrliməsələləri nəzərdən keçirəcəklər.

Избранный
129
5
az.trend.az

1Источники