Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində Ukraynaya məxsus təyyarə tipli pilotsuz təyyarəni məhv edib. BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “İyulun 2-də Moskva vaxtı ilə saat 15:40 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb”, - deyə bildirilib.