RU

Erməni səfir Ukraynada öldürülən rus hərbçilərinin məzarını ziyarət edib – Paşinyan mediası faktı gizlətməyə çalışıb

Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan iyulun 2-də Kursk vilayətinə səfər edib.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, qubernator Aleksey Smirnovla görüşdə səfir Ermənistanın Kursk vilayəti ilə ticarət, iqtisadi və elmi-mədəni əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.

Rusiya tərəfinin məlumatına görə, bu ilin dörd ayı ərzində Kursk ilə Ermənistanın rayonları arasında pul dövriyyəsi 2 milyon dollardan çox olub.

Arutyunyan İkinci Dünya Müharibəsində faşistlər üzərində qələbənin xatirəsinə həsr olunmuş abidəni və Kurskda erməni-rus dostluğu parkını ziyarət edib. Bundan başqa o, Ukraynaya qarşı döyüşlərdə öldürülən rus hərbçilərinin məzarlarını da gəzib. Amma Ermənistan hakimiyyətinə yaxın media qurumları bu faktı “gizlətməyə” çalışıb. 

Qeyd edək ki, Rusiyanın “Sputnik” kanalı diplomatın səfərini geniş işıqlandırırb.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
azpolitika.info

1Источники