RU

Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir

Yeni

Astana, 2 iyul, AZƏRTAC

Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun keçirdiyi son sorğunun nəticələrinə əsasən, respondentlərin 77,1 faizi ölkə Prezidenti Kasım-Jomart Tokayevə etibar edir.

AZƏRTAC İnstitutun mətbuat xidmətinə istinadla xəbər verir ki, sorğunun nəticələrinə görə, əhali qrupları arasında dövlət başçısına etibarlılıq səviyyəsi demək olar eynidir. Kənd və şəhər sakinləri, qadınlar və kişilər arasında bu göstərici 74,9-79 faiz aralığındadır. Prezidentə ən çox etibar edənlər isə gənclərdir - 81,9 faiz.

Mayın 11-dən iyunun 22-dək keçirilən sorğuda yaşı 18-dən yuxarı olan 8 min respondent iştirak edib.

 
Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
azertag.az

1Источники