RU

Twitch Rusiyada 1 milyon rubl cərimələnib

Rusiyada məhkəmə sosial media platformalarından biri olan Twitch-i 1 milyon rubl (təxminən 12 min dollar) cərimələyib.
Elchi.az xəbər verir ki, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Agentliyinin (Roskomnadzor) Twitch-ə qarşı qaldırdığı iddialara paytaxt Moskvanın Taqanski Məhkəməsində baxılıb.
Məhkəmə Rusiyada qadağan olunmuş məzmuna Twitch vasitəsilə daxil olmaq mümkün olduğu üçün şirkətin qanunvericiliyə əməl etmədiyinə qərar verib və platformanı 1 milyon rubl cərimələyib.
Bundan əvvəl də oxşar pozuntulara görə ölkədə Twitch-ə müxtəlif cərimələr tətbiq edilib.Şayəstə Hüseynova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
6
elchi.az

7Источники