RU

Avropada tək yaşayan insanların sayı artıb

Avropada

Almaniya Federal Statistika İdarəsi (Destatis) Avropa Statistika İdarəsinin (Eurostat) məlumatlarına əsaslanaraq ölkədə tək yaşayan insanlarla bağlı məlumatları açıqlayıb.

Reyting.az
xəbər verir ki, keçən il Almaniyada tək yaşayanların nisbəti əhalinin 20,3 faizini təşkil etdiyi halda, bu nisbət Avropa Birliyi ortalamasının 16,1 faizinin üstündə qalıb.

Finlandiya yüzdə 25,8, Litva yüzdə 24,6, İsveç yüzdə 24,1, Danimarka yüzdə 23,5 və Estoniya yüzdə 21,5 ilə tək yaşama nisbətlərinə görə Avropa İttifaqının (Aİ) ortalamasının üstündədir.

Slovakiya və İrlandiya, yüzdə 3,8 və yüzdə 8,3-lə Aİ-də tək yaşayan insanların nisbətinin ən aşağı olduğu ölkələrdir.

Məlumata görə, 2013-2023-cü illər arasında demək olar ki, bütün Aİ ölkələrində tək yaşayan insanların nisbəti artıb.

2013-cü ildə əhalinin 14,2 faizi AB ortalaması olaraq tək yaşayırdısa, bu nisbət 2023-cü ildə 16,1 faizə yüksəlib.

V. QULİYEV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
1
reyting.az

2Источники