RU

Sadır Çaparov və Antonio Quterreş arasında görüş olub

Qırğızıstan Prezidenti Sadır Caparov Orta Asiya turu çərçivəsində Qırğızıstana səfər edən Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə Çolpon-Ata şəhərində görüşüb.
Sadır Çaparov görüşdə BMT-nin fəaliyyətinin bütün bəşəriyyətin sülh və rifahını qorumaq məqsədi daşıdığını, sentyabr ayında Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində keçiriləcək ''Gələcək sammiti''ni  dəstəklədiyini bildirib.
Qırğızıstanın BMT-nin davamlı inkişaf hədəflərini fəal şəkildə həyata keçirdiyini qeyd edən Sadır Çaparov ölkəsinin 2030-cu ilə qədər dünyanın 30 aparıcı ölkəsindən biri olmağı hədəflədiyini bildirib.
Qırğızıstanın regionun ən yüksək enerji istehsaletmə potensialına malik ölkələrindən biri olduğunu vurğulayan Sadır Çaparov deyib: “Ölkə iqtisadiyyatına investisiyalar cəlb edilib, iri müəssisələr açılıb, enerji və nəqliyyat sahələrində yeni regional layihələrin inşasına başlanılıb''.

Sadır Çaparov Mərkəzi Asiya və Cənubi Asiyanın enerji sistemlərini birləşdirməyi hədəfləyən CASA-1000 və Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi kimi böyük layihələrin həyata keçirilməsinə dair planlarının olduğuna diqqət çəkib.

Sərhəd məsələlərinə də toxunan Sadır Çaparov Qırğızıstan-Özbəkistan sərhədi ilə bağlı problemlərin tamamilə qanuni yolla həll olunduğunu, Qırğızıstan və Tacikistan arasında sərhəd probleminin həlli istiqamətində səylərin davam etdiyini, ölkəsinin hər zaman bütün problemlərin sülh və diplomatik yolla həll edilməsinin tərəfdarı olduğunu deyib.

BMT-nin baş katibi Antonio Quterreş də öz növbəsində Qırğızıstanın digər ölkələrə nümunə olduğunu və BMT-nin aparılan bütün islahatlar mövzusunda bu ölkəni hər zaman dəstəkləməyə hazır olduğunu bildirib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
trt.net.tr

1Источники