RU

Azərbaycan Türk dövlətlərinin iqlim dəyişmələri ilə birgə mübarizəsini başlatdı...

Image

Faiq Ələkbərli: “Türk Dövlətləri Təşkilatı tək siyasi, hərbi anlamda deyil, eyni zamanda, nəqliyyat, iqlim məsələləri ilə də maraqlanır”

Məlum olduğu kimi, iyulun 6-da Azərbaycanın Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Türk Dövlətləri Təşkilatının (TDT) Şuşa sammitinin proqramı da artıq açıqlanıb.

Qeyd edək ki, “Nəqliyyat bağlantısı və İqlim Fəaliyyəti vasitəsilə Davamlı Gələcəyin qurulması” mövzusu ilə keçiriləcək sammit təşkilatın əsas məsələləri və gündəliyi üzrə yüksək səviyyəli müzakirələr üçün platforma rolunu oynayacaq. 

Maraqlıdır, Türk Dövlətləti Təşkilatının “Nəqliyyat bağlantısı və İqlim Fəaliyyəti vasitəsilə Davamlı Gələcəyin qurulması” mövzusu ilə keçirilməsi sammitin əhəmiyyətinə necə təsir edəcək? Bu, Türk Dövlətləri Təşkilatının əməkdaşlıq tarixində necə iz qoyacaq?

“Türk dövlətlərinin rəhbərləri dünyaya çatdırmaq istəyir ki, biz dünyada baş verən istənilən prosesi izləyir və həllində də varıq”

AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Türk Dövlətləri Təşkilatının Şuşada Zirvə görüşünün keçirilməsi böyük hadisədir: “Şuşa tarixi mədəni şəhər olmaqla yanaşı, həm də siyasi, iqtisadi, ekoloji və digər mənalarda da böyük əhəmiyyət kəsb edir. Zirvə görüşündə “Nəqliyyat bağlantısı və İqlim Fəaliyyəti vasitəsilə Davamlı Gələcəyin qurulması” mövzusunun müzakirə edilməsi olduqca önəmlidir. Bununla Türk dövlətlərinin rəhbərləri dünyaya çatdırmaq istəyir ki, biz dünyada baş verən istənilən prosesi izləyir və həllində də varıq. Türk Dövlətləri Təşkilatı dünyanı maraqlandıran məsələləri müzakirə edir, çıxış yolu göstərir. Danılmaz faktdır ki, hazırda dünya ölkələrini ekoloji problemin həlli maraqlandırır. Türk Dövlətləri Təşkilatı tək siyasi, hərbi anlamda deyil, eyni zamanda, nəqliyyat, iqlim məsələləri ilə də maraqlanır. Türk dövlətləri bu kimi mövzularda da öz gücünü, statusunu ortaya qoyur”.

Həmsöhbətimiz hesab edir ki, Türk Dövlətləri Təşkilatının Şuşada “Nəqliyyat bağlantısı və İqlim Fəaliyyəti vasitəsilə Davamlı Gələcəyin qurulması” mövzusunu müzakirə etməsi çox vacibdir.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
baki-xeber.com

1Источники