RU

Hacı Zeynalabdin qəsəbəsində 237000-lik yaşıllıq salınacaq

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Hacı Zeynalabdin qəsəbəsində nümayəndəliyi yaşıllıqların satınalınması üzrə elan etdiyi tenderə yekun vurub. 

Valyuta.az xəbər verir ki, tenderin qalibi “Eko Ferma Azərbaycan” MMC olub. 

Nümayəndəlik ilə MMC arasında yaşıllıqların satınalmasına görə, 237.000 AZN-lik müqavilə bağlanacaq.

Müsabiqənin şərtlərindən məlum olur ki, qəsəbə nümayəndəliyi MMC-dən vieola, geran, xrizantema, begoniya, primula, oleand almağı planlaşdıır. 


Məlumat üçün bildirək ki, “Eko Ferma Azərbaycan” MMC vaxtaşırı Sumqayıt Şəhər və ona tabe qurumların keçirdiyi tenderlərin qalibi olur.

“Eko Ferma Azərbaycan” MMC 2 fevral 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 8, mənzil 59-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Masimov Rüfət Ramazan oğlu əvvəllər fərdi sahibkar kimi fəaliyyət göstərib. “Eko Ferma Azərbaycan” MMC barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. 

Davud

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
valyuta.az

1Источники