RU

Həmid Nəsirov Gəncə Regional Turizm İdarəsində rəis müavini vəzifəsinə təyinat alıb

Ləğv olunmuş Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov Dövlət Turizm Agentliyinin müvafiq əmri ilə Gəncə Regional Turizm İdarəsində rəis müavini vəzifəsinə təyinat alıb.

Editor.az xəbər verir ki, Həmid Nəsirov bundan öncə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatında məsləhətçi, Göygöl Rayon İcra Hakimiyyəti başçısının Aparatında Hüquq şöbəsinin müdiri və axırıncı təyinatadək 2020-2023-cü illərdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.

Qeyd edək ki, o, 1-ci ixtisas dərəcəli dövlət qulluqçusudur. Həmçinin o, “Kəpəz” Peşəkar Futbol Klubunun İdarə heyətinin üzvü və Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatının ərazi partiya təşkilatının sədridir.

//Editor.az

Избранный
72
1
editor.az

2Источники