Hollandiyada yaşayan 50 ilə yaxın evli olan Jan və Els iyun ayında iki həkimin yazdığı öldürücü dərmanlarla birlikdə həyatlarına son qoyub.

İndex.az xəbər verir ki, Hollandiyada ikili evtanaziya da adlandırılan bu üsul nadir olsa da, qanuni prosedurdur. Hər il daha çox Hollandiyalı cütlük bu şəkildə birlikdə ölməyi seçir.

Hollandiyada evtanaziya və həkim yardımı ilə intihar edən şəxs könüllü müraciət edərsə və fiziki və ya ruhi əziyyət çəkirsə, həmçinin həkim nəzarəti altında yaxşılaşmayacaq dözülməz xəstəlik səviyyəsinə malikdirsə, qanuni sayılır.

Bu müraciəti edən hər bir şəxs iki həkim tərəfindən müayinədən keçirilir. İkinci həkim birincinin qiymətləndirmələrini yoxlayır.

2023-cü ildə ölkədə 9 min 68 nəfər evtanaziya yolu ilə həyatına son qoyub. Bu, ümumi ölümlərin 5%-ni təşkil edir.