Fransa Prezidenti Emmanuel Makron hökumət strukturlarında inzibati çevriliş hazırlayır, müxalifətdən olan baş nazirin ölkəni idarə etməsinin qarşısını almaq üçün son anda dəyişikliklərə gedir.
"Prezident sabah, yəni seçkilərin ikinci turuna dörd gün qalmış milli polisə yeni rəis təyin etməyə hazırlaşır. Bundan başqa, Milli Jandarma İdarəsinə, onlarla prefektə yeni təyinatlar da olacaq. Məqsəd Jordan Bardellanın ölkəni istədiyi kimi idarə etməsinə mane olmaqdır. Bunun bir inzibati çevriliş forması olduğuna inanıram", - Le Pen bildirib.