RU

Azərbaycan millisinin sabiq futbolçusu iş təklifi gözləyir

Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyevin  müalicəsi davam edir. Bir müddət əvvəl insult keçirən keçmiş futbolçu "Report”a açıqlamasında həkimlərin fizioterapiyanı dayandırmamağı məsləhət gördüklərini bildirib.

Vasilyev səhhətində az da olsa irəliləyiş hiss etsə də, iş təklifi almayıb.
 
"İş versələr, yaxşı olar. Lakin hər hansı təklif gəlməyib”,  -  o vurğulayıb.

 Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
2
anews.az

3Источники