RU

Taksilərlə bağlı yeni tələblər metroda qatarların artırılmasına SƏBƏB OLA BİLƏR (Eksklüziv)

Bakı. Trend:

Artıq iyulun 1-dən etibarən buraxılış tarixindən 8 ildən artıqmüddət keçmiş avtonəqliyyat vasitələrinə taksi fəaliyyəti üçünburaxılış kartı verilməyəcək. Nazirlər Kabinetinin 27 mart 2024-cüil tarixli qərarı ilə təsdiqlənən və 1 iyul 2024-cü ildən qüvvəyəminən “Müntəzəm və taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texnikigöstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də qeydedilir ki, , buraxılış kartı almaq üçün taksi minik avtomobilləriən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır. Həmçinin bugündən sonra buraxılış kartı almaq üçün təqdim olunan avtomobillər2024-cü ilin iyul ayının 1-dən sonra ölkəmizə idxal edilmişdirsə vəya ölkəmizdə istehsal olunmuşdursa, onların rəngi ağ və ya qırmızıolmalıdır.

Cari ayın əvvəlindən qüvvəyə minən bu tələbələr səbəbindən taksiqiymətlərində artım müşahidə edilir. Sözügedən artım səbəbindənictimai nəqliyyatda əhali sıxlıq olması qaçılmazdır.

Bəs, ictimai nəqliyyatda əhali sıxlığının qarşısınınalınması üçün hansı tədbir atılacaq?

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuatxidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-in sualınıcavablayarkən bildirib ki, əgər sərnişin sayında hər hansı birartım müşahidə olunarsa, ehtiyat qatarların dərhal xəttəverilməsində hər hansı bir problem yaşanmayacaq.

"Taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı müvafiq qərarimzalandıqdan sonra Bakı Metropoliteni müxtəlif dövrlərdəmonitorinq tədbirlər planına bu məsələ xüsusi olaraq salınıb.Hazırda yay dövrü olduğu üçün sərnişinlərin sayında azalma olur.Hər gün sərnişin axınının tənzimlənməsi üzrə müvafiq tədbirlərgörülməsi üçün hazırlıq vəziyyəti var. Əgər sərnişin sayında hərhansı bir artım müşahidə olunarsa, ehtiyat qatarların dərhal xəttəverilməsində hər hansı bir problem yaşanmayacaq. Ümumiyyətlə buproses davamlı olarsa, qatarların hərəkət qrafikinə baxılması vəmüvafiq düzəlişlərin edilməsi istisna edilmir", - deyə o əlavəedib.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında nəqliyyat məsələləri üzrəekspert Eldəniz Cəfərov qeyd edib ki, taksilərləbağlı qüvvəyə minən tələblər ictimi nəqliyyatda müəyyən mənadabalans yaradacaq.

"Müvafiq qurumlan elan ediblər ki, taksilərin sayının azalmasıavtobus və metroda qatarların sayının artması ilə müşahidə olunacaqvə balans yaranacaq. İctimai nəqliyyatda qatar və avtobus sayınınartması intervalı azalda bilər.

Elan olunub ki, payızda ölkəmizə 150 yeni elektrik mühərrikliavtobuslar gətiriləcək. Bu sayda avtobus gətirilsə, düşünürəm ki,ictimai nəqliyyatda problemlər aradan qaldırıla bilər", - deyəekspert vurğulayıb.

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas ƏrşadHüseynov isə Trend-in suallarını cavablandırarkən bildirib ki,ictimai nəqliyyatda xidmət keyfiyyəti taksi sahəsindəkiislahatlarla paralel aparılmalıdır.

"Ötən ilin iyul ayından bəri qanunvericilikdə müəyyəndəyişikliklər oldu. Əsas hədəf odur ki, taksi fəaliyyətində xaosaradan qaldırılsın, xidmət yaxşılaşdırılsın. Hər kəs istəyər ki,istənilən xidmət sahəsində nizam-intizam olsun. Həm də yollardatəhlükəsizlik təmin olunur. Taksi fəaliyyətinin belə genişyayılmasının iki səbəbi var. Birincisi odur ki, ictimai nəqliyyatqaydasında deyil. Taksilər ictimai nəqliyyat rolunu yerinəyetirirdilər. Onlara belə çox tələbatın olmasının səbəbiavtobusların ya az olması, ya da qane etməməsidir.

İkinci səbəb isə, bəzi insanlara taksi fəaliyyəti daha rahatgəlir, qazanv mənbəyi olaraq görürdülər. İndi bu islahatlar o vaxtözünü doğruladacaq ki, ictimai nəqliyyat inkişaf etsin. Məsələn,Abşeron yarımadasında elə yerlər var ki, orada marşrutlar yoxdur vəya zamanında işləmir. İctimai nəqliyyatda xidmət keyfiyyəti taksisahəsindəki islahatlarla paralel aparılmalıdır. Avtobuslaraəlçatanlıq təmin edilməlidir, dəqiq qrafiklə işləməlidirlər,sürücülər mədəni, avtobuslar təmiz olmalıdır. Bu istiqamətdə işlərgörülsə, problemlər aradan qaldırılacaq", - deyə o əlavə edib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
4
az.trend.az

5Источники