RU

Pediatr: Dəniz suyu uşaqlarda müxtəlif xəstəliklərə səbəb ola bilər

"Dəniz suyu uşaqlarda müxtəlif xəstəliklərə səbəb ola bilər".

Bunu "Operativ Media"ya həkim pediatr Samir Əliyev bildirib.

Onun sözlərinə görə, isti aylarda yaranan xəstəlik və fəsadlarla bağlı həkimə müraciət edənlər çoxalıb:

“Dənizdə olarkən təkcə boğulma təhlükəsi ilə üz-üzə qalmırıq. Həm də bu zaman müxtəlif infeksiyalara yoluxa bilərik. Dənizə gedərkən və çimərkən xüsusən azyaşlılara diqqət etmək lazımdır. Çünki, bilmədən udulan su uşaqlar üçün təhlükə mənbəyinə çevrilir. Dəniz sezonunun başlaması ilə təbii ki, mədə-bağırsaq infeksiyalarının sayı artıb. Uşaqlar dənizdə istəmədən belə su udurlar. Bundan əlavə istənilən halda əllərini ağızlarına aparırlar. Nəticədə qusma, ishal, qızdırma halları baş verir".

Həkim bildirir ki, bundan başqa günəş yanıqları və digər səbəblərlə bağlı da pasientlərin sayında artım var:

“Dənizə gedərkən bir valideyn diqqət etməsi gərəkən bir neçə mövzu var. Birinci 6 ay altındakı uşaqlarda diqqətli olmaq lazımdır. Çünki, onlara günəş kremləri istifadə oluna bilmir. Mümkün olduqca günün çox qızmar olmadığı saatlarda uşağı dənizə götürmək lazımdır. Peyvəndi tam olmayan uşaqlara da çox diqqətli olmaq lazımdır. Dənizə gedənlər ortamın təmizlik durumuna diqqət etməlidir. Bunlar bərabərində yoluxucu xəstəliklərin artmasına səbəb ola bilər. Əksər valideyn vitamin və hər hansı bitkilərlə uşağın immunitetini yüksəltməyə çalışır. Bunlarla xəstəlikdən qorunmaq mümkün deyil. Uşaqların sağlamlığını möhkəmləndirmək üçün mütəmadi vaksinasiya olunmalıdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
operativmedia.az

1Источники