RU

AFF 171375 avro geri düşüb - AÇ-nin SANKSİYASI

UEFA Albaniya Futbol Federasiyasını (AFF) növbəti dəfə cərimələyib. Buna yenə azarkeşlərin davranışı səbəb olub.

Avropa çempionatının İspaniya ilə son oyununda alban azarkeşlər meydançaya yad əşyalar atıb, qəbuledilməz mesajlar səsləndirib və fişəng yandırıblar. UEFA buna görə AFF-yə 86500 avro cərimə kəsib.

Qeyd edək ki, Albaniyanın futbol qurumu ümumilikdə 171375 avro xərcə düşüb. UEFA AFF-yə qrup mərhələsində İtaliya ilə oyundakı (1:2) insidentlərə görə 37375, Xorvatiya ilə matça görə isə 47500 avro pul cəzası kəsib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
football-plus.az

1Источники