RU

Cənubi Koreya Şimali Koreya sərhədi yaxınlığında həqiqi sursatla təlim keçirdi

Cənubi Koreya 6 ildən sonra ilk dəfə Şimali Koreya sərhədi yaxınlığındakı atış poliqonunda həqiqi sursatla təlim keçirib. 

 

Sfera.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, təlim iki Koreyanı birləşdirən hərbsizləşdirilmiş zonaya yaxın olan “Gyeonggi” və “Gangwon” bölgələrindəki cəbhə xəttində keçirilib. Açıqlama qeyd olunub ki, həqiqi sursat təlimində 140 güllə atılıb.

 

“Bu təlim hökumətin 2018-ci ildə imzalanmış və hərbi gərginliyi azaltmaq məqsədi daşıyan Koreyalararası Müqaviləni dayandırmasından sonra quruda keçirilən ilk təlimdir. Ordu bundan sonra mütəmadi olaraq sərhəd bölgəsində təlimlər keçirəcək”, -  məlumatda bildirilib.

 

Günay  

Избранный
143
2
sfera.az

2Источники