RU

"Hadrut və Tuğa xüsusi həssaslıqla yanaşırıq" - Ümid İsazadə

"Hadrut və Tuğ çox vacib ərazilərdən biridir. Bu iki əraziyə xüsusi həssaslıqla yanaşırıq".


Sfera.az xəbər verir ki, bunu Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə Füzulidə media nümayəndələri üçün təşkil olunmuş brifinqdə deyib.


Nümayəndəlik rəsmisi bildirib ki, Hadrutda məscidin tikintisi davam etdirilir: 

 

"İnvestisiya hesabına fərdi yaşayış evlərinin tikintisi davam etdirilir. Dövlət tərəfindən torpaq söküntü işləri artıq bitib. 7 yaşayış binasının bərpası və inzibati mərkəzin, klub icma mərkəzinin, müxtəlif ictimai iaşə binalarının tikintisi yaxın zamanlarda başlayacaq. İstər Hadrutda, istərsə də Tuğda turizm mərkəzi olduğu üçün Turizm Agentliyi tərəfindən müxtəlif işlər görülür. Ərazinin layihələndirilməsi, insfrastruktur mərkəzlərinin və s. qurulması işləri üzərində də hərəkət edirik". 

 

Ü.İsazadə bildirib ki, yaxın zamanda Tuğda ilkin mərhələdə 30 fərdi yaşayış evinin yenidən bərpasına, eyni zamanda məktəb və bağçanın tikintisinə başlanılacaq: 

 

"Tuğa gəldikdə isə bizim ölkə üçün tarixi, mədəni əhəmiyyəti böyükdür. Lakin əfsus ki, Tuğ kəndi də çox böyük vandallığa məruz qalıb. O səbəbdən ilkin mərhələdə 30 fərdi yaşayış evinin yenidən bərpasına, onların ətrafında yaşıllıq ərazilərinin, yol komunikasiya şəbəkələrinin, səkilərin, inzibati mərkəzlərin, bir neçə qeyri-yaşayış binasının, məktəbin və bağçanın tikintisinə, bərpasına yaxın zamanlarda başlayacağıq. Orada torpaq işləri artıq bitib. Hadrut qəsəbəsində olduğu kimi Tuğ kəndində layihələndirmə işləri Turizm Agentliyi tərəfindən davam etdirilir. Layihəndirmə işlərinə xüsusi diqqət yetiririk. Çünki həm layihələrin keyfiyyətli olması, həm də dövlət büdcəsinə qənaət olunması və səmərəli istifadə bizim prioritetlərimizdən biridir".

 

Firuzə Əliyeva

Избранный
16
1
sfera.az

2Источники