RU

Qabal kəndində gənclərə Azərbaycan-Gürcüstan dostluğu barədə məlumat verilib

Tbilisi, 2 iyul, AZƏRTAC

Gürcüstanın Laqodexi rayonundakı Qabal kəndində fəaliyyət göstərən “Qabal İnkişaf Mərkəzi”ndə müəllimlər, məktəb şagirdləri ictimai-siyasi xadimlər, şair və yazıçıların iştirakı ilə görüş keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir “Qabalın tarixi və mədəni irsi” mövzusuna həsr olunub.

Mərkəzin direktoru Yavər Məmmədov bildirib ki, belə görüşlərdə uşaqlarla Gürcüstanda yaşayan soydaşlarımızın tarixi, eləcə də Azərbaycan dövlətinin və xalqının tarixi, ədəbiyyatı, mədəniyyəti və s. barədə məlumatların verilməsi, fikir mübadiləsinin aparılması, gənc nəslin öz tarixlərini, milli kimliyinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Yeniyetmə və gənclərin milli köklərimizə bağlılıq, vətənpərvərlik, xalqına sədaqət ruhunda tərbiyə olunması qarşımızda duran ən ümdə vəzifələrdəndir”, - deyə Y.Məmmədov bildirib.

Şair Yunis Novruz uşaqlara Qabal kədinin yaranma tarıxındən, Azərbaycan və gürcü xalqlarının tarixi dostluq münasibətlərindən söhbət açıb. O, “Qabal İnkişaf Mərkəzi”nin fəaliyyəti dövründə yerli azərbaycanlı icmasının inteqrasiyasında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlərdən bəhs edən natiqlər vurğulayıblar ki, Ulu Öndər Heydər Əliyevin Gürcüstanla əlaqələrə böyük önəm verirdi.

Çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin də Gürcüstan ilə əlaqələrə çox böyük önəm verdiyini qeyd ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Çıxışlarda SOCAR-ın dəstəyi ilə Gürcüstanda və Qabalda həyata keçirilən layihələrdən də söz açılıb.

SOCAR-ın dəstəyi ilə Qabalı kəndində uşaq bağçasını istifadəyə verildiyi qeyd olunub.

Kənd əhalisi Gürcüstanda yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
95
1
azertag.az

2Источники