RU

“Bu mənim sonuncu Avropa çempionatımdır” – Ronaldo


Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun 39 yaşlı hücumçusu Kriştianu Ronaldo Almaniyada keçirilən Avropa çempionatının karyerasında sonuncu olacağını bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Metro” nəşri məlumat yayıb.
“Əlbəttə, bu mənim sonuncu Avropa çempionatımdır, amma məni indi bu narahat etmir. Mən həmişə Portuqaliya forması üçün əlimdən gələni edəcəyəm. Bizi Fransa yığması ilə çətin oyun gözləyir. Onlar çempionatdakı favoritlərdən biridir. Biz mübarizə aparacağıq”, - Ronaldo bildirib.
Qeyd edək ki, 1/8 finalda Portuqaliya millisi Sloveniya millisini penaltilər seriyasında 3:0 hesabı ilə məğlub edib. “Portu”nun qapıçısı Dieqo Kosta üç zərbəni dəf edib. Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb.
Xatırladaq ki, Portuqaliya və Fransa arasında 1/4 final oyunu iyulun 5-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Избранный
89
yeniavaz.com

1Источники