RU

Ronald Kuman: “Rumınların aqressiv oynayacağını gözləyirəm”

Niderland millisinin baş məşqçisi Ronald Kuman AÇ-2024-ün 1/8 finalında Rumıniya yığması ilə oyun ərəfəsində gözləntilərini paylaşıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz qürurlu xalqıq. Yaxşı futbol oynamaq və qalib gəlmək bizə xoş gəlir. Biz bilirik ki, bu, həmişə işə yaramır, amma biz Rumıniya yığmasına çox ciddi yanaşırıq. Nə gözlədiyimizi bilirik. Bilirik ki, son oyunla (qrup mərhələsinin Avstriya yığması ilə 3-cü tur oyunu (2:3) – redaktorun qeydi) müqayisədə inkişaf etməliyik və tərəqqi etmək istəyirik. Son oyun məyus etdi. Xüsusilə birinci hissədə. Biz kifayət qədər aqressiv oynamadıq. Diqqətimizi buna yönəltdik, futbolçular isə məşqdə yaxşı iş gördülər. Növbəti addım bunu sabahkı (artıq, bu gün – redaktorun qeydi) oyunda göstərməkdir. Kimin favorit olmasının əhəmiyyəti yoxdur. Bütün bunlar – lirikadır. Biz Rumıniya yığmasına çox ciddi yanaşırıq və bilirik ki, əvvəlki oyundan daha yaxşı oynamalıyıq. Həmişə özündən başlamalısan.

Rumınların çox aqressiv oynayacağını gözləyirəm. Fiziki cəhətdən güclüdürlər ki, bu da onlara müdafiədə üstünlük verir, standart vəziyyətlərdə isə çox təhlükəlidirlər”, deyə Ronald Kuman vurğulayıb.

Xatırladaq ki, AÇ-2024-ün 1/8 final mərhələsinin Rumıniya – Niderland oyunu bu gün, iyulun 2-də Münhenin “Alyans Arena” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
arena.az

1Источники