RU

Hummels, yoxsa Kalafiori?

“Bayer”in müdafiəçisi Conatan Ta “Bavariya”ya keçməyə yaxındı. Matc.az xəbər verir ki, Bundesliqa çempionu yaranacaq boşluğu doldurmaq üçün hərəkətə gəlib. Leverkuzenlilərin müdafiənin mərkəzinə iki namizədi var. Bunlar “Bolonya”lı Rikkardo Kalafiori və Dortmund “Borussiya”sından Mats Hummelsdi. “Bayer” hətta iki oyunçunu da transfer edə bilər. Çünki komandanın digər mərkəz müdafiəçisi Odilon Kossunu İngiltərə klublarının maraq dairəsindədi. Qeyd edək ki, “Bayer” ötən mövsüm məğlub olmadan Almaniya çempionluğunu qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
matc.az

1Источники