“Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Hayfa “Makkabi”si yoxlama görüşündə qüvvəsini sınayıb.
Prosport.Az xəbər verir ki, İsrail klubu ölkəni Paris-2024 Yay Olimpiya Oyunlarında təmsil edəcək olimpiya millisi ilə qarşılaşıb. Görüş yığmanın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Darmadağına məruz qalan “Makkabi”nin təsəlli qoluna icarədən qayıdan Maor Levi 90+5-ci dəqiqədə imza atıb. Baş məşqçi Barak Baxar bu matçda bir neçə aparıcı futbolçunun xidmətindən yararlanmayıb.
Qeyd edək ki, “Sabah” “Makkabi” ilə ilk oyununu iyulun 25-də səfərdə, cavab görüşünü isə avqustun 1-də evdə keçirəcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта