RU

Azərbaycanın Tailanddakı səfiri dəyişdi – SƏRƏNCAM

Prezident İlham Əliyev İrfan Şakir oğlu Davudovun Azərbaycan Respublikasının Tailand Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

Medianews.az xəbər verir ki, bununla bağlı President.az məlumat yayıb.

Dövlət başçısının digər sərəncamı ilə, Elçin Raqub oğlu Bəşirov Azərbaycan Respublikasının Tailand Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Избранный
122
49
medianews.az

10Источники