RU

Avropada tək yaşayanların sayı sürətlə ARTIR

2013-2023-cü illərdə Avropa İttifaqının bütün ölkələrində tək yaşayan insanların nisbəti artıb.

 

Sfera.az xəbər verir ki, bütün Avropa İttifaqı ölkələrində bu göstərici 16,1 faiz olub.

 

2013-cü ildə Avropa İttifaqının sakinlərinin 14,2 faizi tək yaşamağı üstün tuturdu. Tək yaşayanların çoxluq təşkil etdiyi ölkələr Avropanın şimal regionlarında yaşayanlardır.

 

Finlandiyada əhalinin 25,8 faizi, Litvada 24,6 faizi, İsveçdə 24,1 faizi, Danimarkada 23,5 faizi, Estoniyada 21,5 faizi tək yaşayır. Avropa İttifaqının əhali sayına görə ən böyük ölkəsi olan Almaniyada isə əhalinin 20,3 faizi təkliyi sevir.

 

Tək yaşayanların ən az olduğu ölkələr isə Slovakiya və İrlandiyadır. Slovakiyada əhalinin 3,8 faizi, İrlandiyada 8,3 faizi tək yaşayır.

 

Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
1
sfera.az

2Источники