RU

"Tottenhem" 18 yaşlı futbolçu aldı

style='margin-bottom:10px;'>

"Tottenhem" heyətini yeni futbolçu ilə gücləndirib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. London təmsilçisi mərkəz yarımmüdafiəçisi Lids"dən Arçi Qreyi transfer edib. 18 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb.

Qrey "Lids" akademiyasının yetirməsidir. 2023/2024 mövsümündə gənc futbolçu bütün yarışlarda 52 oyun keçirib, 2 qolun ötürməsini verib. Nüfuzlu "Transfermarkt" portalı Arçinin bazar dəyərini 18 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, "Tottenhem" ötən mövsümü İngiltərə Premyer Liqasının turnir cədvəlində 5-ci yerdə başa vurub. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
1
teleqraf.com

1Источники