RU

Aleksis Sançes və daha dörd futbolçu “İnter”dən ayrıldı - Rəsmi

İtaliya çempionu “İnter” 5 futbolçusu – Emli Audero, Aleksis Sançes, Xuan Kuadrado, Davi Klaassen və Stefano Sensi ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, hücumçu Aleksis Sançes, həmçinin yarımmüdafiəçilər Xuan Kuadrado, Davi Klaassen və Stefano Sensi müqavilələri başa çatdığı üçün klubu tərk ediblər. Müqavilə ilə “Sampdoriya”ya məxsus olan Emil Auderonun da icarə müddəti bitdiyi üçün öz klubuna qayıdıb. “İnter” bu oyunçuların hər birinə xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

35 yaşlı Sançes 2019-cu ildən “İnter”də çıxış edirdi. Çilili forvard İtaliya klubunun heyətində ümumilikdə 142 oyun keçirib, 24 qol vurub və 28 məhsuldar ötürmə verib.

36 yaşlı Kuadrado 2023-cü ilin yayından “İnter”də oynayırdı. Kolumbiyalı cinah oyunçusu Milan klubunun heyətində cəmi 12 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

31 yaşlı Klaassen “neradzurri”nin heyətinə 2023-cü ilin sentyabrında qoşulmuşdu. Niderlandlı yarımmüdafiəçi bu komandanın heyətində 18 oyun keçirib.

28 yaşlı Sensi 2023-cü ilin yayından “İnter”ə qayıtmışdı. İtalyan yarımmüdafiəçi Milan klubunun heyətində bütövlükdə 57 oyuna çıxıb, 4 qol və 5 assistlə yadda qalıb.

Audero da “İnter”ə ötən ilin avqust ayında icarə əsasında qoşulmuşdu. 27 yaşlı italyan qapıçı bu komandanın heyətində cəmi 6 oyuna çıxıb. O, bu görüşlərdə 8 qol buraxıb, 2 matçda qapısını toxunulmaz saxlayıb.

Xatırladaq ki, “İnter” 2023/2024 mövsümündə İtaliya A Seriyasının qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
arena.az

1Источники