RU

Pənah Hüseyn namizəd olacağı dairəni açıqladı: "Digər iddialarımız da var..."

Sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkilərinə start verilib. Millət vəkilliyinə iddialı şəxslər artıq rəsmi şəkildə Mərkəzi Seçki Komissiyasına müraciət etməyə başlayıb.

Teleqraf.com-a açıqlamasında sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn də prosesə hazırlaşdıqlarını deyib.

Partiya sədri seçki ilə bağlı bütün hazırlıqların getdiyini bildirib: “Partiyanın idarə heyətinin iclasında səlahiyyətli nümayəndələr təyin ediləcək. Eyni zamanda bir neçə namizədin irəli sürülməsi nəzərdə tutulur. Yaxın günlərdə siyahını ictimaiyyətə təqdim edəcəyik”.

Pənah Hüseyn hələlik hansı dairələrdən namizədlərin irəli sürülməsi ilə bağlı qərarın olmadığını qeyd edib: “Özümün isə 68 saylı seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürmək niyyətim var. Sabirabad-Şirvan seçki dairəsini əhatə edən seçki platforması ilə prosesə qatılmaq iddiasındayam”.


Müəllif: Tapdıq Qurbanlı
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
1
teleqraf.com

2Источники