RU

Macarıstanın baş naziri Orbandan Kiyevə sürpriz səfər

Macarıstanın baş naziri Viktor Orban Kiyevə gözlənilməz səfər edib.

Orbanın mətbuat katibi bildirib ki, Macarıstanın baş naziri çərşənbə axşamı Ukrayna prezidenti Volodimir Zelenski ilə Macarıstan-Ukrayna münasibətlərindəki aktual məsələləri müzakirə etmək üçün Kiyevə gedib.

Avropanın ən Rusiyayönlü liderlərindən biri kimi görünən və Qərbin Ukraynaya hərbi yardımını açıq şəkildə tənqid edən Orbanın səfəri Macarıstanın Avropa İttifaqı Şurasına sədrlik etməsindən bir gün sonra baş tutub.

Orbanın mətbuat sözçüsü Bertalan Havasi verdiyi açıqlamada, "Danışıqların ən əhəmiyyətli mövzusu sülhün bərqərar olması şansıdır və iki liderin Macarıstan-Ukrayna ikitərəfli əlaqələrini də müzakirə edəcəklər",-deyə qeyd edib.

Mövsüm

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
aznews.az

1Источники